2024-cü il Paris Olimpiadası üçün təhlükəsizlik məlumatlarını ehtiva edən USB stik oğurlandıbackend

Fransanın paytaxtı Parisdə iyulun 26-dan avqustun 11-dək keçiriləcək 2024-cü il Yay Olimpiya Oyunları ilə bağlı təhlükəsizlik məlumatlarının olduğu USB yaddaşın olduğu çanta itib.

Fransanın BFMTV kanalının xəbərinə görə, şəhərin Şimal vağzalında Paris bələdiyyəsi əməkdaşının çantası qatarda oğurlanıb.

Çantanın içində 2 USB disk və bir iş kompüterinin olduğu paylaşılıb. Qatardan düşən zaman çantasının oğurlandığını görən bələdiyyə işçisi şikayət edib.

Sözügedən USB disklərdən birində 2024-cü il Paris Olimpiadası üçün təhlükəsizlik planları var idi.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli mətbuat bu vəziyyətin Olimpiada üçün təhlükəsizlik zəifliyi yaradıb-yaratmayacağı məsələsini gündəmə gətirib.

Olimpiada zamanı Paris Bələdiyyəsinə bağlı 2000-ə yaxın bələdiyyə polisinin xidmətdə olacağı gözlənilir.

Qeyd edək ki, Paris 2024 Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Mənbə: TrtHaber

Aynur Camal