ABŞ Siyahıyaalma Bürosu dünya əhalisinin 2023-cü ildə 75 milyon artacağını və 2024-cü il yanvarın 1-dən etibarən 8 milyarda çatacağını açıqlayıb.
ABŞ Siyahıyaalma Bürosunun dünən açıqladığı məlumatlara görə, dünya əhalisi keçən il 75 milyon nəfər artıb və yeni ilin başlaması ilə ümumilikdə 8 milyardı keçəcək.
Siyahıyaalma Bürosunun təqdim etdiyi statistik məlumatlarda 2023-cü ildə artımın 1 faiz olacağı bildirilmiş və 2024-cü ildə dünya üzrə saniyədə 4,3 doğum və 2 ölüm gözlənildiyi proqnozlaşdırılmışdı.
ABŞ məlumatlarına görə, Türkiyədə əhalinin sayının 85 milyonu keçdiyi və 2023-cü ildə 0,6 faiz artacağı bildirilib.
Doğuş əmsalı 1,91 faiz olaraq qeyd edilərkən, 5 yaşa qədər ölüm hallarının 2022-ci illə müqayisədə 1 faiz azaldığı qeyd edilib.
ABŞ Siyahıyaalma Bürosunun hesabatında Türkiyədə gözlənilən ömür uzunluğu 76,5 olaraq göstərilib.
Mənbə: EnSonHaber
Aynur Camal