Dünyada həyatdan ən maraqlı fotolar müsabiqəsi keçirilib: Vyetnam sahillərində rəngarəng balıq bazarı, qırışmış dərisinə qum sıçrayan fil və İslandiya sahillərində kimsəsiz uşaq arabası.
Sony World Photography Awards 2024-ün münsiflər heyəti milli və regional qalibləri elan edib. Müsabiqənin təsisçiləri qeyd edirlər ki, builki iştirakçılar bütün dünyada həyatın zəngin müxtəlifliyini nümayiş etdirməklə özlərini üstələyiblər.
Qaliblər arasında Sinqapur, Tayvan, Polşa, Pakistan, Nigeriya və Yaponiyadan və 220-dən çox başqa ölkədən fotoqrafların işi olub. 2024-cü ildə müsabiqəyə ümumilikdə 395 min fotoşəkil təqdim edilib.
Müsabiqənin qalibləri artıq saytdakı foto qalereyada təqdim olunub. Tələbə, gənclər, açıq və peşəkar müsabiqələrin qalibləri 18 aprel 2024-cü il tarixində elan ediləcək.
Bu yaxınlarda “İnşaat sənəti” foto müsabiqəsinin qalibləri elan edilib. Bu, bina və tikililərin sənət əsərləri kimi göstərildiyi dünyanın ən böyük müsabiqəsidir.
Mənbə: mail.ru
Aynur Camal