Qırmızı ət yeməyi dayandırdığınız zaman bədəninizdə baş verə biləcək dəyişikliklər haqqında eşitmisinizmi?
Qırmızı ət ovçuluq dövründən bəri xüsusilə türk mədəniyyətinin əvəzolunmaz qidası olmuşdur.
Ət hər yeməkdə tapıla bilər və bir çox fərqli şəkildə istehlak edilə bilər. Ancaq son vaxtlar bir çox dietoloqlar ətdən uzaq durmaq lazım olduğunu deyirlər.
Qırmızı ətin faydadan çox zərəri olduğu da iddia edilir.
Yaxşı, ətsiz həyatın necə olacağını heç düşünmüsünüzmü? Ət yeməyi dayandırsanız bədəninizə nə olur? Qırmızı ət yeməməyin fəsadları…
Mütəxəssislərin fikrincə qırmızı ət ümumiyyətlə daha çox doymuş yağ ehtiva edir. Ət istehlakını dayandırmaq ürək-damar sağlamlığınıza müsbət təsir göstərə bilər.
Qırmızı ətdən uzaqlaşmaq daha çox bitki əsaslı qidalara üz tutmağınıza səbəb ola bilər.
Ət istehlakının azaldılması qan xolesterinin səviyyəsini aşağı salmağa kömək edə bilər. Qırmızı ətdə insulin müqavimətini artıra bilən doymuş yağlar və işlənmiş ət ola bilər. Ət istehlakını məhdudlaşdırmaq qan şəkərini nəzarət altında saxlamağa da kömək edə bilər.
Ət istehlak etməmək adətən daha az kalorili qəbul deməkdir. Bu, çəki nəzarətinə də kömək edir.
Dinimizdə də bu haqda bir çox tövsiyələr verilib. Məsələn Hz.Əli deyib: “Qırx gün ət yeməyən şəxsin əxlaqı və zahiri xarab olar (pozar); Qırx gün dalbadal ət yeməyə davam edənin isə ürəyi sərtləşər!” (bax: İhya, 3/92)
Mənbə: EnSonHaber
Aynur Camal