25 sərnişini olan avtobus aşıb, yaralananlar varbackend

Murmansk vilayətinin Kola rayonunda 25 sərnişinin olduğu müntəzəm avtobus aşıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Andrey Çibis Telegram kanalında məlumat verib.

Çibis qəzada qurbanların olduğunu deyib, lakin konkret olaraq neçə nəfərin köməyə ehtiyacı olduğunu açıqlamayıb. Hadisə yerinə 3 təcili yardım maşını göndərilib.

Bölgənin Dövlət Yol Müfəttişliyinin VKontakte-dəki rəsmi səhifəsinə görə, 14 nəfər xəsarət alıb, onlardan 6-sı xəstəxanaya yerləşdirilib. Məlum olub ki, avtobus sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi xəndəyə çırpılaraq aşıb.

Mənbə: Lenta.Ru

Aynur Camal