27 milyon avronu mənimsəyən iş adamı saxlanıldıbackend

Litvada qumarxanada başqasının 27 milyon avrosunu itirən iş adamı saxlanılıb. TASS xəbər verir ki, bu barədə Vilnüs Şəhər Dairə Məhkəməsi məlumat yayıb.

“İşlədiyi şirkətdən 27 milyon avro mənimsəməkdə şübhəli bilinən Şarunas Stepukonis iki həftə müddətinə məhkəmənin qərarı ilə həbs edilib”, – məhkəmə aydınlaşdırıb.

Sahibkar BaltCap investisiya şirkətinin fondunda tərəfdaş olub. Vəsait itkisi aşkarlananda həmin şəxs Litvada olmayıb.

Qeyd edilir ki, Stepukonis naməlum məqsədlə Ukraynada olub, ötən həftə ölkəyə qayıdıb və fevralın 10-da Litva hakimiyyətinə təslim olub.

Bundan əvvəl rusiyalı turistin Soçidə sevgilisini 1,5 milyon rubl (16425.00 USD) qarşılığında soyaraq pulla kazinoya getdiyi bildirilirdi.

Mənbə: Lenta.Ru

Aynur Camal