27 saat bişirdi, dünya rekorduna namizəd oldubackend

Cari ilin əvvəlində Qananın şimalındakı Tamale şəhərində yemək marafonuna başlayan aşpaz Failatu Abdul-Razak yanvarın 1-dən 10-dək 227 saat yemək hazırlayıb. Aşpaz Abdul-Razak 2023-cü ilin noyabrında irlandiyalı aşpaz Alan Fişerin 119 saat 57 dəqiqəlik işini ötərək Ginnesin Rekordlar Kitabına düşüb. Rəsmi Ginnesin Rekordlar Kitabında qeyd edilib ki, “dəlilləri nəzərdən keçirməyi səbirsizliklə gözləyirik”.

 Aşpaz Əbdül-Rəzak bişirilən yeməklərin bölgədəki ehtiyacı olanlara çatdığını bildirib.

Qananın yemək mədəniyyətinin dünyaya tanıdılmasında böyük əhəmiyyət kəsb etdiyini bildirərək, “Birlikdə tarix yazmağımıza dəstək olan beynəlxalq ictimaiyyətə ürəkdən təşəkkür edirəm. “Bu, həm də gözəl Qana yeməklərini, mədəniyyətini və xalqını dünyanın qalan hissəsinə nümayiş etdirmək üçün bir fürsət oldu.”

Mənbə: hurriyyət.tr

Aynur Camal