285 yaşlı limon satıldıbackend

İngiltərədə hərracda 285 yaşlı limon maraq üçün satışa çıxarılıb.

UPI xəbər verir ki, Şropşirdə yerləşən Brettells hərrac evi birinin qiymətinə iki qiymətli lot alıb. Mərhum əmisinin əşyalarını çeşidləyən yerli ailə 19-cu əsrə aid qarderobunu satmaq qərarına gəlib. Hərrac evinin fotoqrafı mebel parçasını hərraca hazırlayarkən çəkməcənin arxasından imzalı limon tapıb. Yazıda deyilirdi: “Cənab P. Lou Franchini tərəfindən 4 noyabr 1739-cu ildə Miss E. Baxterə təqdim edilmişdir”.

Brettells nümayəndələri köhnə limonu 1780 dollara (160 208,90 rubl) satmağa qərarına gəliblər. Bu arada kabinet şkafı isə cəmi 40 dollara (3600 rubl) satılıb.

Həmçinin bu yaxınlarda Britaniya sakinləri köhnə corabdan 118 min funt sterlinq tapıblar. Onlar hərracda satılıb.

Mənbə: mail.ru

Aynur Camal