Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, onun ölkəsi ilə NATO arasında III Dünya Müharibəsinə çevrilə biləcək birbaşa münaqişə təhlükəsi var.
Medvedev Telegram kanalında verdiyi açıqlamada ABŞ prezidenti Co Baydenin Ukraynaya yardım da daxil olmaqla 105 milyard dollarlıq büdcə tələbinin Senatda rədd edilməsini dəyərləndirib.
Bayden administrasiyasının Konqresə “şantaj etdiyini” və bunun ABŞ tarixində yeni bir şey olmadığını iddia edən Medvedev deyib:
“Daha əvvəl heç vaxt parçalanma mərhələsində olan kiçik bir dövlət üçün bu qədər pul istənilməmişdi. ABŞ prezidentini və onun ailə üzvlərini korlayan bir ölkə üçün heç vaxt bu qədər aqressiv və həyasızcasına pul istənilməmişdi. O vaxtdan bəri yox. Kuba Raket Böhranı və Rusiya ilə NATO arasında III Dünya Müharibəsi. Birbaşa münaqişə təhlükəsi heç vaxt bu qədər real olmamışdı”.
ABŞ administrasiyasının Ukrayna müharibəsində “pul qazandığını” iddia edən Medvedev, Baydenin 2024-cü ildə keçiriləcək prezident seçkilərində məğlub olma ehtimalı ilə bağlı fikirlərini bölüşüb.
ABŞ Konqresində Ukraynaya yardımla bağlı sərt müzakirələr davam edərkən, Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 5-də Senat üzvlərinə verəcəyi brifinqi son anda ləğv edib və qərarın səbəbi ilə bağlı dəqiq açıqlama verməyib.
ABŞ prezidenti Bayden 14 milyard dolları İsrailə, 61 milyard dolları isə Ukraynaya yardım da daxil olmaqla 105 milyard dollarlıq büdcə istəyib, lakin Senatda bu tələb rədd edilib.
Ağ Ev və bəzi Ukrayna rəsmiləri xəbərdarlıq edir ki, ABŞ-ın Ukraynaya yardımı olmadan Rusiya ilə müharibədə məğlub ola bilər.
Mənbə: TrtHaber
Aynur Camal