3 fərqli yerdə avtomobil hücumu: Çoxlu yaralı varbackend

Təl-Əvivdə 3 fərqli yerdə avtomobil hücumu: Çoxlu yaralı var.

İsrailin paytaxtı Təl-Əviv yaxınlığında “avtomobil hücumu” həyata keçirilib. Üç fərqli nöqtədə baş verən hücumda 14 nəfər yaralanıb. İsrailin Qəzzaya hücumları və işğal altındakı İordan çayının qərb sahilindəki zülmləri davam edərkən, Təl-Əvivdə avtomobil hücumu həyata keçirilib. İsrailin fövqəladə yardım xidməti Davudun Qırmızı Ulduzundan verilən açıqlamada, Tel-Əvivin şimalında yerləşən Raanana şəhərində 3 fərqli nöqtədə “avtomobil hücumlarının” həyata keçirildiyi bildirilib.

Hücumlarda 3-ü ağır olmaqla 14 nəfərin yaralandığı bildirilib. Hücumların tək maşınla, yoxsa ayrı-ayrı maşınlarla həyata keçirildiyi barədə məlumat verilməyib.

Raanana meri Chaim Broyde Kanal 12 televiziyasına verdiyi açıqlamada şəhər sakinlərindən evlərində qalmalarını istəyib.

Bildirilib ki, polisin hadisə ilə bağlı araşdırması davam edir.

Digər tərəfdən, İsrail ordusu Qəzza zolağının sərhədini keçən İsrail vətəndaşını “silahlı fələstinli” zənn edərək öldürüb. Haaretz qəzetində yer alan xəbərə görə, 29 yaşlı israilli Efiyahu Muri oktyabrın 7-dən təxminən 2 həftə sonra naməlum səbəbdən Qəzza sərhədini keçib.

Qohumları Muriyə çata bilməyəndə itkin düşmüş şəxs haqqında polisə müraciət edib. Araşdırmalardan sonra Murinin İsrail ordusuna məxsus pilotsuz təyyarənin sərhədin Qəzza tərəfində “silahlı fələstinli” ilə səhv salınması nəticəsində öldürüldüyü məlum olub.

Qəzetə danışan Daqnit qardaşı Murinin oktyabrın 23-də qəfildən yoxa çıxdığını bildirib. Dagnit, anasının əvvəlcə qardaşının dostunun evinə getdiyini düşündüyünü, lakin sonradan polisə müraciət etdiklərini söyləyib.

“Qardaşım sərhədi keçmək və hasara yaxınlaşmaq qərarına gəldikdə, səhvən onu “terrorçu” kimi tanıyıblar və PUA hücumunda öldürülüb” Dagnit deyib.

İsrail ordusu Haaretz-in müraciəti ilə Murinin İHA hücumunda öldürüldüyünü təsdiqləsə də, İsrail rəsmilərinin bu günə qədər ailə ilə əlaqə saxlamadığı diqqətə çatdırılıb.

Mənbə: TGRT

Aynur Camal