3 gün etiraz aksiyası keçiriləcəkbackend

Alman Maşınçılar İttifaqı (GDL) 3 gün davam edəcək tətilə başlayıb. Səhər saatlarında başlayan tətil səbəbindən bir çox məntəqələrdə yük və sərnişin daşımaları həyata keçirilə bilməyib. Berlin və Kölndə uçuşlarda fasilələr var.

 Hər gün minlərlə insanın istifadə etdiyi Köln mərkəzi qatar stansiyası boş qalıb.

Almaniyada fermerlərin etirazlarından sonra maşinistlər tətil etmək qərarına gəliblər. Alman Maşinistlər İttifaqı (GDL) ilə Almaniya Dəmir Yolları (DB) arasında aparılan kollektiv danışıqlar heç bir nəticə vermədikdən sonra maşinistlərin 3 günlük tətili başlayıb. Cümə gününə qədər tətil edən maşinistlər bu gün işə qayıtmayıblar. Səhər saatlarında başlayan tətil səbəbindən bir çox məntəqələrdə yük və sərnişin daşımaları həyata keçirilə bilməyib. Berlin və Kölndə uçuşlarda fasilələr var. Hər gün minlərlə insanın istifadə etdiyi Köln mərkəzi qatar stansiyası boş qalıb.

 Tətil 12 yanvar cümə günü saat 18:00-a qədər davam edəcək.

Maşinistlərin tətilindən ən çox zərər çəkən bölgələrdən biri də paytaxt Berlin olub. Berlinin mərkəzi qatar stansiyası olan Hauptbahnhofdakı platformalar boş qalbı. DB tərəfindən idarə olunan şəhərətrafı qatarlar (S-Bahn) da tətillərdə iştirak etdiyi üçün şəhər nəqliyyatında qismən fasilələr yaranıb. Stansiyalarda sərnişinlərə alternativ nəqliyyat vasitələrindən istifadə etmələri barədə xəbərdarlıq edilib. Berlin şəhər nəqliyyat şirkəti BVG tərəfindən idarə olunan metro, tramvay və avtobus xidmətləri davam edib.

Bəzi digər peşə təşkilatları, xüsusən də həkimlər və səhiyyə işçiləri də yeni tətillərə hazırlaşır.

Kollektiv danışıqlar raundunda Alman Maşınistlər İttifaqı (GDL) növbəli işçilərin həftəlik iş saatlarının tam maaş üçün 38 saatdan 35 saata endirilməsini və azalmaya əlavə olaraq ayda 555 avro inflyasiya kompensasiyası verilməsini tələb edib.

DB ittifaqın tələbini rədd edərək 32 ay müddətinə 11 faiz artım və inflyasiya kompensasiyası bonusu təklif edib və ittifaqın bu təklifi rədd etməsi nəticəsində danışıqlar dayandırılıb

 Tətilin başlaması ilə Deutsche Bahn fövqəladə planını aktivləşdirdi və qatar xidmətlərinin bəzi xətlərdə qismən də olsa davam etməsinə şərait yaradıb.

Dəmiryol sözçüsü verdiyi açıqlamada: “Fövqəladə hallar cədvəli bu səhər planlaşdırıldığı kimi stabil başlayıb. Uzun məsafəli nəqliyyatda qatarların təxminən 80 faizi ləğv edilib. İndiyə qədər heç bir anomaliya yaşanmayıb. Uzun məsafəli nəqliyyatda , Münhendən Erfurt və Leypsiq vasitəsilə “Berlin və Hamburqa qədər şimal-cənub xəttində hələ də bir neçə qatar var” deyib. Əvvəlcədən alınmış biletlərin qüvvədə qaldığını bildirən DB sözçüsü, rezervasiya edənlərin vurğulayıb.

Rəqəmsallaşma və Nəqliyyat Naziri Volker Wissing hər iki tərəfi danışıqlara çağırsa da, Almaniya GDL-nin prezidenti Klaus Veselski DB-nin cümə gününə qədər yeni təklif təqdim etmədiyi təqdirdə yenidən tətil edəcəklərini bildirib. “Cümə gününə qədər heç nə baş verməsə, fasilə verib növbəti tətilə hazırlaşacağıq”, – Veselski bildirib.

Mənbə: hurriyyət.tr

Aynur Camal