Ərəb Dövlətləri Liqası sionist işğal rejiminin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına həyata keçirdiyi hücumla əlaqədar 3 günlük matəm elan edildiyini açıqlayıb.
Ərəb Dövlətləri Liqasının baş katibinin müavini, səfir Hüssam Zeki sionist işğal rejiminin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına həyata keçirdiyi hücuma görə qurumun bayrağının yarıya qədər endirilməsini istəyib.
Sionist işğal rejiminin hava hücumu ilə vurduğu Əl-Əhli Baptist Xəstəxanasında yaralı və xəstələrdən, həmçinin minlərlə köçkündən azı 500 nəfər şəhid olub, minlərlə insan yaralanıb.
Mənbə: İLKHA
Aynur Camal