30 milyon seçici səsverməyə gedirbackend

Polşada insanlar bu gün növbəti 4 ildə vəzifə yerinə yetirəcək siyasi hakimiyyətin və parlamentin üzvlərini müəyyən etmək üçün seçkiyə gedirlər. 37 milyon 766 min əhalisi olan, seçici sayının 29 milyon 91 min 533 olduğu ölkədə səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

“Yeni Gundem” Türkiyə saytı Hurriyyət.tr na istinadən xəbər verir ki, vətəndaşlar saat 22:00-a qədər 31 min 497 nöqtədə səs verə biləcəklər.

Parlamentin aşağı palatası olan Seymin 460 və yuxarı qanad olan Senatın 100 üzvünün müəyyən ediləcəyi seçkilər üçün xarici nümayəndəliklərdə də səsvermə davam edir. Seçki baryerinin siyasi partiyalar üçün 5 faiz, siyasi ittifaqlar üçün isə 8 faiz olduğu ölkədə sorğular hakim Qanun və Ədalət Partiyasının təxminən 35 faiz səslə irəlidə olduğunu göstərir. Ana müxalifət bloku olan Vətəndaşlar Koalisiyası (Koalicja Obywatelska) 30 faizlə ikinci, Polşa Xalq Cəbhəsi PSL və Polşa 2050 partiyalarının yaratdığı Üçüncü Yol (Trzecia Droga) koalisiyası isə 11 faiz, Sol koalisiya (Lewica) səs toplayıb. Yüzdə 9, həddindən artıq sağçı Konfederasiya Partiyası isə yüzdə 11.8 səslə parlamentə girməsi gözlənilən digər siyasi partiyalar arasındadır.

Ölkədə ümumi seçkilərlə eyni vaxtda 4 sualdan ibarət referendum keçiriləcək:

1. Vətəndaşlara “Avropa bürokratiyasının tətbiq etdiyi məcburi köçürmə mexanizmi vasitəsilə minlərlə qeyri-qanuni immiqrantın Yaxın Şərq və Afrikadan çıxarılmasının tərəfdarısınızmı?”

2. “Polşanın Belarus sərhədində qoyduğu maneələrin aradan qaldırılmasının tərəfdarısınızmı?” sualı verilib.

3. “Pensiya yaşının yenidən 67-yə qaldırılmasının tərəfdarısınızmı?”

4. “Polonyalıların iqtisadiyyatın strateji sektorları üzərində nəzarəti itirməsi ilə nəticələnəcək dövlət aktivlərinin əcnəbilərə satılmasını dəstəkləyirsinizmi?”

Müxalifət partiyaları sualların veriləcəyi referendumu “böyük yalan və manipulyasiya” kimi şərh edərkən, seçicilərə referendumda iştirak etməməyi tövsiyə edirlər.

Ümumi seçkilərin qeyri-rəsmi nəticələrinin bu gün axşam açıqlanacağı gözlənilir.

Mənbə: Hurriyet.Tr

Aynur Camal