31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Qazax Rayon Polis Şöbəsində tədbir keçirilibbackend

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Qazax Rayon Polis Şöbəsinin əməkdaşları Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda həlak olmuş igid həmvətənlərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Anım mərasimində vurğulanıb ki, son iki əsrdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir.

Erməni millətçilərinin törətdikləri vəhşiliklər, zorakılıqlar, faciələr xalqımızın qan yaddaşında dərin izlər buraxıb və heç vaxt yaddaşlardan silinməyəcək