Lazer rabitəsi təcrübəsi çərçivəsində NASA Yerə təxminən 31 milyon kilometr məsafədən video göndərib.
Bu 15 saniyəlik qısa videoda “Taters” adlı pişiyin oynaması göstərilir. NASA ilk dəfə lazerdən istifadə edərək dərin kosmosdan video mesaj göndərib.
Videoda Tater adlı narıncı pişiyin lazer oyuncağı ilə oynaması əks olunub. Pişikin videosu “Deep Space Optical Communications” eksperimentinin bir hissəsi olaraq lazer qəbuledicisi vasitəsilə Yerə ötürülüb.
15 saniyəlik video infraqırmızı lazerlə kodlaşdırılıb. “Psyche” kosmik gəmisindən Kaliforniya Texnologiya İnstitutunun Palomar Rəsədxanasına göndərilən video dekabrın 11-də rəsədxanaya çatıb.
Transmissiya zamanı Psyche kosmik gəmisi ilə rəsədxana arasındakı məsafə Yerlə Ay arasındakı məsafədən 80 dəfə çox idi. Uzaqlığa baxmayaraq, lazer mesajının Yerə çatması cəmi 101 saniyə çəkib.
Lazer sistemi NASA-nın digər missiyalarda istifadə etdiyi ənənəvi radio dalğa sistemlərindən 10-100 dəfə yüksək sürətlə məlumat göndərə bilir.
Elm adamları Mars kimi planetlərdə kosmos tədqiqatlarının sərhədlərini zorlasa da, bu lazer texnologiyası sayəsində məlumatlar, şəkillər və videolar sürətlə Yerə ötürülə bilər.
Layihə çərçivəsində gələcəkdə Mars və Yer arasında ani və sürətli məlumat ötürülməsini təmin etmək mümkün ola bilər. Bu, planetlərarası əlaqə və kəşfiyyat üçün çox vacibdir.
Mənbə: Ntv.Tr
Aynur Camal