24 gündür intensiv hücumların yaşandığı Qəzzada indiyədək 200 mindən çox ev bombalanıb, onlardan 32 mini tamamilə dağıdılıb.
Bölgəni havadan və dənizdən bombalayan İsrail ordusu getdikcə hücumlarını genişləndirir.
Qəzza hökumətinin Media İdarəsinin rəhbəri Selam Maruf mətbuat konfransında Qəzzadakı dağıntılara toxunub.
“Yeni Gundem” xəbər verir ki, onun sözlərinə görə bombardman nəticəsində 200 mindən çox ev zərər görüb, onlardan 32 mininin tamamilə dağıldığı bildirilib.
Həmçinin 80 dövlət binasının, 47 məscidin, 3 kilsənin və 203 məktəbin bombardman edildiyi, onlardan 37-nin istismara verildiyi bildirilib.
“Qəzza fəlakət zonasıdır”
Digər tərəfdən, 116 tibb işçisi və xilasetmə qrupundan 18 nəfər həyatını itirib. Bu çərçivədə 12 xəstəxana və 32 sağlamlıq mərkəzi xidmətdən çıxarılıb.
Salam Maruf, “Qəzza fəlakət zonasıdır”- deyə əlavə edib.
Mənbə: EnSonHaber
Aynur Camal