Salyanda avtomobil yolu keçmək istəyən kişini vuraraq öldürüb.
“Yeni Gundem” xəbər verir ki, hadisə Xıdırlı kəndində qeydə alınıb.
Məlumata görə, Xıdırlı kənd sakini, 1986-cı il təvəllüdlü Mustafayev Sadıq Seyidağa oğlunu kənd ərazisində yolu keçmək istəyərkən Biləsuvar rayon sakini Həsənağa Əli oğlu Əzizov idarə etdiyi “KamAz” markalı yük maşını ilə onu vurub qaçıb. S. Mustafayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.