Bakıda evdən meyit tapılıb.
“Yeni Gündəm” xəbər verir ki, Nizami rayonu K.Balakişiyev küçəsində yerləşən mənzildən 1989-cu il təvəllüdlü Hüseyn Cəfərovun meyiti aşkar edilib. İlkin müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.