39-cu illik konqresi və İndoneziya Oftalmoloqlar Assosiyasının 49-cu görüşü keçirildi – FOTOLARbackend

22-25 fevral tarixindən İndoneziya, Balidə APAO-nun (Asia-Pacific Academy of Ophthalmology) 39-cu illik konqresi və İndoneziya Oftalmoloqlar Assosiyasının 49-cu görüşü keçirildi.

“Yeni Gundem” xəbər verir ki, konqres oftalmologiyanın müxtəlif aspektlərini, əsas, orta və qabaqcıl bacarıqlardan tutmuş, üstünlük təşkil edən aktual mövzulara qədər əhatə edirdi. Konqresdə müxtəlif oftalmoloji ixtisaslar üzrə ən son elmi yeniliklər, cərrahi texnika və müalicələrin yeni tendensiyalarını təqdim edən 800-ə yaxın məruzəçi iştirak edib.

Dünyanın bir çox yerindən, həmçinin Azərbaycandan da AOC-un sədr müavini Yazgül Abdıyeva, dr.Günay Əliyeva, dr. Vəfa Nəsirova, dr. Aygül Kərimzadə, dr. Nigar Kərimova, dr. Nərmin Kərimova, dr. Hafiz Qəhrəmanov və digər oftalmoloqlar iştirak edib.

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyeva tərəfindən “Epidemiological insights into eye diseases among children under 5 years in the western region of Azerbaijan” mövzusunda e-poster təqdimatı olub.
Yazgül Abdıyeva bildirib ki, APAO 2024 konfransının ilk açılışı İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadik tərəfindən edilib. O, konfransın açılışının və təşkilinin digər ölkələrdə keçirilən konfranslardan fərqli olduğunu qeyd edib. Belə ki, həm nazir, həm də rəsmi qonaqlar milli geyimə üstünlük veriblər. Həmçinin Y. Abdıyeva bu konqresin oftalmologiya sahəsində ən son elmi inkişaflar təqdim etməklə, yaddaqalan təcrübə olmasını vurğulayıb.

Konfransdan sonra Y. Abdıyeva ilə Amerika Oftalmologiya Akademiyasının (American Academy of Ophthalmology) nümayəndələri Gail. E. Schimidit və Annamarie Hastingslə görüş olub. Görüş zamanı Akademiyanın yaranması və faliyyəti ilə bağlı məlumat verilib.
Daha sonra Akad. Zərifə əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və regional filiallarının fəaliyyətindən və onun haqqında çəkilən video-rolik təqdim olunub. Eyni zamanda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə keçiriləcək konfranslarla bağlı məlumat verilib.
Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Amerika Oftalmologiya Akademiyası arasında oftalmoloji yeniliklərdən bəhs edilərək, qarşılıqlı təcrübələr bölüşülüb.

Y. Abdıyeva ilə daha sonra APAO 2024-ün prezidenti Dr. Mohamad Sıdıkla görüş olub. Görüş zamanı keçirilən konqreslə bağlı müzakirələr həyata keçirilib, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə keçiriləcək konfranslarla bağlı məlumat verilib.