4 balıqçı bir ay sonra tapıldıbackend

Keniya sahillərində qayığın batması nəticəsində itkin düşən 4 keniyalı balıqçı bir ay sonra xilas edilib.

Ölkə mətbuatında yer alan xəbərə görə, Keniya Sahil Mühafizə Bölməsi təxminən bir ay əvvəl Hind okeanında 4 balıqçının olduğu qayığın batmasından sonra xilasetmə əməliyyatı həyata keçirib.

Balıqçıların batan qayığından yapışaraq sağ qaldıqları və Çin balıqçı gəmisi tərəfindən xilas edildiyi öyrənilib.

Keniyalı balıqçıların bir neçə həftə ərzində ölkələrinə qayıdacaqları bildirilib.

Noyabrın sonunda Kilifi sahillərindən Hind okeanına üzən balıqçı gəmisindən bir daha xəbər alınmadı.

Mənbə: TrtHaber

Aynur Camal