İsrailin Qəzza zolağındakı Xan Yunus şəhərinə havadan və qurudan təşkil etdiyi hücumlarda ilkin məlumata görə, azı 4 fələstinli həyatını itirib, çoxlu sayda insan isə yaralanıb. Fələstinin WAFA xəbər agentliyində yer alan xəbərə görə, İsrail ordusu Qəzza zolağının Xan Yunis şəhərində Əl-Kazimi və ailəsinə məxsus evə hücum edib, ilkin məlumata görə, ən azı 4 fələstinli həyatını itirib və çoxlu insan yaralanıb.
İsrail qüvvələri Xan Yunisdəki əl-Amel xəstəxanası ətrafında intensiv artilleriya atəşini davam etdirərkən, onlar da çoxsaylı hava zərbələri və artilleriya atəşi ilə şəhər mərkəzini hədəfə alıblar. Xəbərdə yerli mənbələrin İsrail qüvvələrinin Xan Yunisin cənubundakı Kayzan ən-Nəccar bölgəsinə ağ fosfor bombaları atdığını, şərqindəki Şəhid Əbu Yusuf ən-Nəccar xəstəxanası yaxınlığında da hücumlar təşkil etdiyini təsdiqlədiyi bildirilib.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları 7 oktyabr 2023-cü il tarixində “Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbi ilə İsrailə hərtərəfli hücuma keçib”.
İsrail oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.
24 noyabr 2023-cü ildə 4 gün müddətinə verilən və daha sonra 3 gün daha uzadılan qarşıdurmada “humanitar pauza” zamanı 81 İsrailli və 240 fələstinli məhbus qarşılıqlı olaraq azad edilib. Lakin digər tərəfdən, İsrail minlərlə fələstinlini saxlamağa və həbs etməyə davam etdi.
Mənbə: TGRT
Aynur Camal