4300 hücum həyata keçirilibbackend

Qondarma sionist işğal rejimi ordusu bəyanat yayıb.

“Yeni Gundem” xəbər verir ki, bəyanatda “sionist işğalçı rejimin qondarma ordusunun blokadada olan Qəzza zolağına qarşı blokada və hücumları fasiləsiz olaraq davam edir” deyilib.

Həmçinin açıqlamada, 27 oktyabrdan bu yana Qəzza zolağında havadan, qurudan və dənizdən 4 min 300 hədəfin vurulduğu bildirilib.

Sionist işğalçı rejimin qondarma ordusu bundan əvvəl oktyabrın 7-dən Qəzza zolağına 15 mindən çox hücum təşkil etdiyini bildirmişdi.

Hücumlarda 4 min 630-u uşaq, 3 min 130-u qadın olmaqla 11 min 240 nəfər şəhid olub.

Mənbə: İLKHA

Aynur Camal