44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdibackend

Bildiyiniz kimi ötən gün 2020-ci il 27 sentyabr tarixindən başlayaraq 44 gün davam edən  Qarabağ savaşının ikinci il dönümü tamam oldu.XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən özbaşınalıqdan  istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş və bu hərbi təcavüz nəticəsində  1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.Azərbaycan xalqına qarşı Xocali , Ağdaban kimi tarixdə misli görülməmiş qətliyamlar törədən Ermənistan tərəfi əlbətdə bilməli idi ki əvvəl axır   bu faciələrin qısası alınacaq.Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə çiçəklənən Azərbaycan,Ulu öndərin davamçısı İlham Əliyev hakimiyyətindən sonra istər iqtisadi -siyasi , istərsədə hərbi baxımdan olduqca irəliləyiş əldə etdi.2016- cı ildə baş vermiş və olduqca strateji əhəmiyyəti olan  Lələ təpənin azad edilməsi ilə nəticələnən  Aprel döyüşləri isə əslində İkinici Qarabağ müharibəsinin və Azərbaycan ordusunun qələbəsinə bir işarə idi.2020 ci ilin yayında baş vermiş Tovuz döyüşlərinde isə General Polad Həşimovun şəhidliyi isə səbrin sonu idi.27 Sentyabr tarixindən başlayaraq bir addım bele geri cekilmədən , Müzəffər ordumuz çox qısa bir müddətdə sadəcə 44 gün içində 30 ildi düşmən tapdağında olan Qarabağ torpaqların azad etdi.Butun xalaq birlik olub dəmir yumruq kimi birləşdi Ordumuz on cəbhədə, xalqımız arxa cəbhədə Ali baş komandan İlham Əliyevə inanaraq bu qələbəyə imza atdık.İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin baş­çısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı.Ali Baş komandanımız İlham Əliyevin yenilməz iradəsi və qətiyyəti, xalqımızın birliyi və Müzəffər Ordumuzun , cəsarəti,mərd kimi döyüşməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi . Bu tarixi Qələbə hər zaman xalqımız tərəfindən yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq, heç vaxt unudulmayacaqdır. Müzəffər Ordumuzun bu şanlı qələbəsinin əhəmiyyəti heç bir şeylə müqayisə edilə bilməz.Daşli -qayalı dağları əli yalın qalxaraq Şuşanın düşməndən təmizlənməsi olduqca tez bir zamanda Laçının, Kəlbəcərin, Ağdamın, və işğalda qalan digər ərazilərimizin azad edilməsini də tezləşdirdi. Bir daha tarixi Zəfərimiz və  Qələbəmiz mübarəkdir!Yaşasın qalib Azərbaycan xalqı , yaşasın Ali baş komandan , yaşasın Müzəffər Azərbaycan Ordusu! Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgər və zabitlərimizə tezliklə şəfa versin.Allah hər daim xalqımız,Ordumuzu qorusun Qarabağ Azərbaycandır!

Xəlilova Sərvinaz -ADPU