44 gündən sonra Kiyevə raket hücumu! 13 nəfər yaralanıbbackend

Avropa Birliyi Ukraynaya dəstəyin davamlı olması üçün yaradılan fonddan 4,5 milyard avroluq ilk ödənişin dünən edildiyini açıqlayıb. Rusiya Ukraynaya hücumlarını davam etdirir. Kiyev Hərbi Administrasiyasının rəhbəri Sergey Popko açıqlamasında Rusiya ordusunun 44 günlük fasilədən sonra Ukraynanın paytaxtı Kiyevə raket hücumu həyata keçirdiyini açıqlayıb. Hücumda Rusiyanın ballistik raketlər, qanadlı raketlər və strateji bombardmançı təyyarələrdən istifadə etdiyini, raketlərin müxtəlif istiqamətlərdən şəhəri hədəf aldığını bildirən Popko 13 nəfərin yaralandığını bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mikola Oleşçuk şəhəri hədəf alan bir “İskəndər” və bir “Kinjal” ballistik raketinin və 29 qanadlı raketin hamısının vurulduğunu açıqlayıb. Kiyev meri Vitali Kliçko bildirib ki, vurulan raket parçaları yaşayış yerlərini, sənaye obyektini və uşaq bağçasını vurub. Bəzi nöqtələrdə yanğın baş verərkən, park edilmiş bir çox avtomobil yararsız hala düşüb.

Digər tərəfdən Avropa Birliyi (AB) Ukraynaya dəstəyin davamlı olması üçün yaradılan fonddan 4,5 milyard avroluq ilk ödənişin dünən edildiyini açıqlayıb.

Belçikanın paytaxtı Brüsseldə keçirilən 9-cu Aİ-Ukrayna Assosiasiya Şurasının iclasları üçün mətbuat konfransında danışan AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, 50 milyard avrodan 4,5 milyard avroluq ilk ödənişin edildiyini söylədi. Avro fondu Ukraynaya dəstəyi davamlı etmək üçün yaradılıb. Avropa Komissiyasının bəyanatında deyilir: “Bu maliyyələşdirmə Ukraynanı dövlətin işinin maliyyələşdirilməsinə kömək etmək üçün çox ehtiyac duyulan likvidliklə təmin edir, məsələn, dövlət maaşları, pensiyalar və əsas dövlət xidmətlərinin göstərilməsi”. Borrell, həmçinin bu fondun Aİ ölkələrinin Ukraynaya yardımını davamlı və proqnozlaşdırıla bilən hala gətirəcəyini vurğulayaraq, üzv ölkələrin Ukraynaya hərbi yardımının ümumi məbləğinin 33 milyard avroya çatacağını bildirib.

Mənbə: hurriyyət.tr

Aynur Camal