Cənubi Asiya ölkələrindən biri olan Nepalda zəlzələ baş verib.
Anadolu Agentliyində yer alan xəbərə görə zəlzələnin episentri ölkənin paytaxtı Katmandu yaxınlığında 5,2 bal gücündə baş verib. ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamaya görə, yerin 24,7 kilometr dərinliyində baş verən zəlzələdən sonra “sunami” xəbərdarlığı edilməyib.
İlkin məlumatlara görə, zəlzələdə təxminən 24 ev zərər görsə də, can itkisi olmayıb.
Rəsmilər paytaxtın 60 kilometr qərbində baş verən yeraltı təkanların bölgədə sürüşməyə səbəb olduğunu deyib.
Mənbə: TGRT
Aynur Camal