5 nəfərə məzar olan Titanın qalıqları götürüldübackend

İyunun 18-də yoxa çıxan, yüksək təzyiqdən içəriyə doğru partlayan və 5 nəfərin ölümünə səbəb olan Titan adlı sualtı gəminin qalıqları okeanın dibindən çıxarılıb.

Xatırladaq ki, Atlantik Okeanında Titanikin qalıqlarına tədqiqatçıları və turistləri aparan Titan adlı sualtı avtomobil 18 iyun bazar günü göyərtəsində 5 nəfərlə yoxa çıxıb və daha sonra yüksək təzyiqdən içəriyə doğru partladığı müəyyən edilib. Və içəridəki 5 nəfərin hamısı həyatını itirmişdi.

  “Yeni Gundem” xəbər verir ki, ABŞ Sahil Mühafizəsi dünən açıqlama verərək Titan gəmisinin qalıqlarının okeandan çıxarıldığını açıqlayıb.

Bildirilib ki, Sahil Mühafizəsinin mühəndisləri oktyabrın 4-də Şimali Atlantik okeanının dəniz dibində qalan “Titan” sualtı maşınının qalıqlarını və dəlillərini çıxararaq, ABŞ-ın adı açıqlanmayan limanına daşıyıblar. Həmçinin Titan gəmisi və insan qalıqları ilə qəzanın səbəbləri araşdırılacaq.

Sahil Mühafizəsinin Dəniz İstintaq Şurası bu faciə ilə bağlı ictimai dinləmədən əvvəl sübutları təhlil etməyə və şahid ifadələrini almağa davam edəcək”, – Sahil Mühafizəsinin bəyanatında deyilib.

Mənbə: hurriyyət.tr

Aynur Camal