Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu xəbərdarlıq edib ki, Qəzzadan olan 50 hamilə qadın səhiyyə xidmətlərindən istifadə edə bilmir. Blokada olan Qəzza zolağında insan faciəsi baş verir.
“Yeni Gundem” xəbər verir ki, bombardmanlarını davam etdirən İsrail ordusu tərəfindən mühasirəyə alınan bölgədə gəncdən qocaya hər təbəqədən insanlar çətin şəraitdə sağ qalmağa çalışır.
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) Qəzza zolağında hamilə qadınlarla bağlı vəziyyəti paylaşıb.
UNFPA-nın X platformasında verdiyi açıqlamaya görə, bu ay Qəzzalı 5500 hamilə qadın doğum edəcək.
Bəyanatda Qəzzada hamilə qadınların təcili müdafiə və sağlamlıq nəzarətinə ehtiyacı olduğu bildirilib və bütün tərəflərə beynəlxalq insan haqlarına riayət etmələri tövsiyə edilib.
Açıqlamada, “Qəzzada 50 min hamilə qadın səhiyyə xidmətlərindən istifadə edə bilmir” deyilir.
Digər tərəfdən, CNN televiziya kanalına danışan BMT-nin Əhali Fondunun direktoru Dominik Allen Qəzzada səhiyyə sisteminin kövrək olduğunu və çökmək üzrə olduğunu bildirib.
“Biz bu hamilə qadınlardan çox narahatıq. Onların gedəcək yerləri yoxdur”,
– Allen deyib.
O, Qəzzada hamilə qadınların çətin vəziyyətini çatdırmağa çalışıb. “Humanitar yardımın Qəzzadan keçməsinə icazə verilməsi mütləqdir”. Allen, hamilə qadınların bu həyat qurtaran sağlamlıq xidmətlərindən mütləq istifadə etməli olduqlarını vurğulayıb.
Mənbə: EnSonHaber
Aynur Camal