54 yaşlı Cennifer Lopez çiçəklərlə pozalar verdibackend

Aktrisa və müğənni Cennifer Lopez sosial şəbəkədə pərəstişkarlarına səmimi foto nümayiş etdirib.

54 yaşlı məşhur çılpaq şəkildə kamera qarşısına keçib. Cennifer Lopez nəhəng bej rəngli çiçəklə üzünü örtərək fotoqrafa poza verib. Aktrisa krem ​​rəngli baş örtüyü və qalın qızıl sırğaları ilə görünüşünü tamamlayıb. Cennifer Lopez saçlarını çadranın altına çəkib, qara göz layneri və qəhvəyi-çəhrayı dodaqları ilə makiyaj edib.

2021-ci ildə Cennifer Lopez ayrıldıqdan 18 il sonra Ben Affleklə yenidən bir araya gəldi. Ulduzlar Venesiya Film Festivalında qırmızı xalçada cütlük kimi rəsmi debüt etdilər.

2022-ci ilin yazında Ben Afflek müğənniyə dəyəri 5 milyon dollardan çox olan üzüklə evlənmək təklifi edib.

Həmin ilin iyulunda məşhurlar Las-Veqasda gizli mərasimlə evləndilər. Bundan əvvəl Cennifer Lopez kiçik bikinidə göründüyü yeni videosundan kadrları nümayiş etdirmişdi.

Mənbə: mail.ru

Aynur Camal