59 yaşlı model gözəllik sirrini açıqladıbackend

Avstraliyalı top model, aktrisa və dizayner Elle Makferson YouTube-da yayımlanan Sunrise teleşousu çərçivəsində gözəlliyinin sirrini açıb.

Cazibədar görünüşünə görə modellik karyerasının başlanğıcında “The Body” ləqəbini alan 59 yaşlı model hazırda sağlamlığını qorumaq yollarının daha təbii olduğunu qeyd edib. “Mən özümü sevgi, gülüş, su və günəş işığı ilə əhatə etməyə çalışıram” məşhur deyib.

Eyni zamanda o, bayram süngərlərinə qaymaqlı tortlara üstünlük verdiyini bildirib.

Yanvarın əvvəlində Elle Makferson “Schön!” jurnalının İsveçrə versiyası üçün açıq-saçıq geyimdə poza vermişdi. O, nazik qayışlı, dekolteli dar çəhrayı mini paltarda güzgü qarşısında oturaraq kamera qarşısına keçib.

Mənbə: Lenta.Ru

Aynur Camal