6,2 bal gücündə zəlzələ!backend

Son xəbərlərə görə, Cənubi Amerika ölkəsi Peruda 6,2 bal gücündə zəlzələ baş verib. Can və mal itkisi ilə bağlı açıqlama verilməyib.

ABŞ Geoloji Xidməti (USGS) episentri Perunun İray bölgəsində olan 6,2 bal gücündə zəlzələnin yerin 93,4 kilometr dərinliyində baş verdiyini bildirib. Can və mal itkisi ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Peru “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.

Mənbə: Ahaber

Aynur Camal