Filippində baş verən 6,8 bal gücündə zəlzələnin anları kameralara düşüb.Zəlzələ nəticəsində tikilməkdə olan binanın hissələri uçarkən, zədələnmiş ticarət mərkəzində böyük çaxnaşma yaranıb.
“Yeni Gundem” xəbər verir ki, Filippin Vulkanologiya və Seysmologiya İnstitutundan verilən açıqlamada yerli vaxtla saat 16.14-də ölkənin cənubundakı Mindanao adasının sahillərində 6,8 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. Zəlzələ nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
Bildirilib ki, episentri Sarangani şəhərindən 34 kilometr cənub-qərbdə olan zəlzələ 72 kilometr dərinlikdə qeydə alınıb. Bildirilib ki, zəlzələ Mindanao adasının yaxın ərazilərində, o cümlədən General Santos şəhəri, Cənubi Kotabato və Davao del Sur əyalətlərində güclü hiss olunub. Artçı təkanların ola biləcəyi bildirilsə də, sunami xəbərdarlığı edilməyib. Zəlzələ anları bir çox nöqtədə kameralara düşüb. Tikilməkdə olan binadan parçalar düşərkən, ticarət mərkəzində böyük dağıntılar müşahidə edilib.
Sakit Okeanın Atəş Halqasında yerləşən Filippin zəlzələ, sunami və vulkan püskürmələrindən ən çox zərər çəkən ölkələrdən biri kimi tanınır.
Mənbə: TGRT
Aynur Camal