Filippinin Aras-Asan bölgəsindən 35 kilometr şimal-şərqdə 6,9 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin Yerin təxminən 30,5 kilometr dərinliyində olduğunu bildirib. Sunaminin isə gözlənilmədiyi vurğulanıb.
Fəlakətlərin Azaldılması Agentliyinin prezidenti Şieldon İsidoro zəlzələdən sonra əksəriyyətinin maqnitudası 5 baldan çox olan afterşoklar baş verdiyini bildirib.
Dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Filippin “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.
Mənbə: TrtHaber
Aynur Camal