Yaponiyada aprel-sentyabr aylarında ayı hücumları nəticəsində 109 nəfər xəsarət alıb.
“Yeni Gundem” xəbər verir ki, Yaponiyada statistika növbəti maliyyə ilinin başlandığı aprelin 1-dən etibarən aparılır.
Təkcə bazar ertəsi, oktyabrın 16-da Yaponiyanın əsas adasının Honsyudan uzaq şimalda yerləşən Akita prefekturasında ayılar insanlara iki dəfə hücum edib. Zərərçəkənlər üz və boyun nahiyəsindən yaralar alıblar, lakin huşları yerindədir. Bundan əvvəl ölkənin 47 prefekturasından 15-də ayı hücumları qeydə alınıb.
Oktyabr ayında qurbanların sayı kəskin artıb. Milli ictimai televiziyanın məlumatına görə, bu ay ayı hücumları nəticəsində 25 nəfər yaralanıb, 1 nəfər ölüb. Ənənəvi olaraq, heyvanlar qış yuxusuna getməzdən əvvəl daha aqressiv olurlar. Mütəxəssislər bu il hücumların artmasını ayıların qida rasionunun mühüm hissəsini təşkil edən palamut və yabanı şabalıdın zəif məhsulu ilə əlaqələndirirlər. Ərzaq çatışmazlığı onları yeməli tullantılar axtarmaq üçün məskunlaşan ərazilərə yaxınlaşmağa, tarlaları və meyvə bağlarını məhv etməyə məcbur edir.
Qeyd edək ki, Yaponiyada ayılar ən şimaldakı Hokkaydo adasında və əsas Honsyu adasında yaşayır.
Mənbə: mail.ru
Aynur Camal