Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin intensiv bombardmanlarından qaçan fələstinlilər üçün Qəzza zolağının cənubunda təxminən 60 çadırdan ibarət düşərgə yaradıb.Bölgədəki xüsusi bir mülkə qurulan çadırlar İsrailin 7 oktyabrdan bəri həyata keçirdiyi intensiv hava hücumlarından sonra qurulan ilk düşərgə olub.
“Yeni Gundem” xəbər verir ki, UNRWA Qəzzanın şimalından qaçmaq məcburiyyətində qalan ailələrin yerləşdirildiyi düşərgə ilə bağlı heç bir açıqlama verməyib.
İsrail ordusunun oktyabrın 7-dən bəri Qəzza zolağına davamlı hücumları səbəbindən yüz minlərlə fələstinli bölgənin şimalından cənubuna qaçmaq məcburiyyətində qalıb.
Mənbə: TrtHaber
Aynur Camal