Rusiya Müdafiə Nazirliyi İl-76 tipli təyyarənin, o cümlədən 65 ukraynalı hərbçinin Belqorod vilayətində qəzaya uğradığını bildirib. Belqorod vilayətində təyyarə qəzası baş verib…
Qəzanın təfərrüatlarını Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
65 ukraynalı hərbçidən əlavə 3-ü yoldaş və 6-sı ekipaj üzvü olmaqla 74 nəfərin olduğu bildirilib. Ən son məlumata görə; Təyyarədə olan bütün əsgərlər həyatını itirib.
Bu “Qeyri-müəyyən hadisə” kimi təsvir edilib.
Yerli qubernator Vyaçeslav Qladkov bildirib ki, naməlum “insident” Belqorod şəhərinin şimal-şərqində, Koroçanski rayonunda baş verib və o, ərazini araşdırmaq üçün gedəcək.
Ukrayna ilə həmsərhəd olan Belqorod bölgəsi son aylarda tez-tez Ukrayna hücumlarına məruz qalır, o cümlədən dekabrda 25 nəfərin ölümü ilə nəticələnən raket zərbəsi baş vermişdi.
Mənbə: EnSonHaber
Aynur Camal