Banqladeşin Koks Bazar şəhərində Rohinca müsəlmanlarının yaşadığı qaçqın düşərgəsində baş verən yanğın nəticəsində 7 min insanın evsiz qaldığı açıqlanıb.
Banqladeşin cənubundakı Koks Bazarda dünyanın ən böyük qaçqın düşərgəsi olan Kutupalonqdakı 5 nömrəli düşərgədə başlayan yanğın güclü külək səbəbindən sürətlə böyüyüb. 2023-cü ilin mart ayında böyük yanğın baş verən düşərgədə humanitar yardıma ehtiyac olduğunu bildirən İHH, təcili yardım işlərinə başladığını açıqlayıb. İşlərin birinci mərhələsində 2 min ailəyə isti yemək, 1393 ailəyə ədyal və geyim yardımı verilməsi nəzərdə tutulmuşdur.
Rohinca müsəlmanları mövsümi soyuqdan çox təsirlənsə də, minlərlə ailənin qida, gigiyena, paltar və ədyal başda olmaqla humanitar yardıma ehtiyacı var.
Mənbə: hurriyyət.tr
Aynur Camal