7 yaşında anası onu tərk etdi və 2 il tək yaşadı!backend

 

Fransa anası onu sevgilisi ilə yaşamaq üçün tərk edən 9 yaşlı uşağın ürək ağrıdan hekayəsini danışır.

2020-2022-ci illər arasında tək yaşayan, qonşusunun bağçasından pomidor oğurlayıb yeyən kiçik oğlanın gecələr 3 qat yorğanla isinməyə çalışdığı, lakin bütün çətinliklərə baxmayaraq hər gün məktəbə getməyi bacardığı öyrənilib.

Adının yalnız Aleksandra olduğu bildirilən 39 yaşlı anaya keçən həftə azyaşlı uşağını təhlükəyə atdığı üçün 6 ay həbs cəzası verilib, uşağın başqa şəhərdə yaşayan atası isə cəzalandırılmayıb.

Fransız mətbuatında yer alan xəbərlərə görə, anası sevgilisi ilə 4 kilometr aralıya köçdükdən sonra kiçik oğlan Covid-19 epidemiyasının pik həddə olduğu 2020-2022-ci illər arasında tək yaşayıb.

Fransanın Anqulem şəhərinin kənarındakı Nersac kəndinin sakinləri anaya dəfələrlə xəbərdarlıq etsələr də, vəziyyət dəyişməyincə çarəni polisə müraciət etməklə tapıblar. Uşaq dövlət himayəsinə götürüləndə Fransanı dərindən sarsıdan hadisə üzə çıxıb.

7-9 yaşları arasında tək qalan kiçik oğlan istilik, işıq və isti suyun olmadığı dövrlər keçirib. Anasından qalan konservlə qidalanan uşaq qonşunun bağçasından oğurladığı pomidorları tükəndikdə yeyərək sağ qalmağa çalışıb.

Şəhərin meri Barbara Couturier, uşağın yaşadığı bütün çətinliklərə baxmayaraq, hər gün məktəbə getməyi bacardığını və çox yaxşı şagird olduğunu açıqlayıb.

Nersac kənd sakinləri də uşağın məktəbə mütəmadi getdiyi, təmiz göründüyü və qiymətləri yaxşı olduğu üçün uzun müddətdir ki, atıldığını anlamadıqlarını bildiriblər.

Fransanın TF1 xəbər kanalına danışan bir uşağın sinif yoldaşlarından biri rəfiqəsinin yeməyini tək yediyini və məktəb avtobusuna tək mindiyini deyərək “Həmişə evdə olub, heç çölə çıxmayıb” dediyini bildirib.

Ana övladını atıb ona qayğı göstərmədiyi barədə deyilənləri təkzib etsə də, telefon qeydlərinin və geolokasiya məlumatlarının təhlili faktları ortaya çıxarıb. Alexandra iki il ərzində oğluna cəmi 12 dəfə baş çəkmişdi. Prokuror Anne Medioni məhkəmədə anadan evdə niyə lazımi əşyaların olmadığını və soyuducunun niyə boş olduğunu soruşaraq, “Bu uşağın isti su ilə yuyulmasının heç bir yolu olmayıb. O, üç yerə sarılaraq isinməyə çalışırdı. Gecələr yorğan-döşəklə isinib və buna baxmayaraq, hər gün məktəbə getməyi bacarıb və uşağın çox yetkin və dözümlü olduğunu vurğulayıb”.

Fransa mətbuatı uşağın hazırda mühafizə altında olduğunu və həbs cəzası alan anasını görməkdən imtina etdiyini yazıb.

Fransanı dərindən sarsıdan və günlərdir gündəmdə olan hadisə bu gün dünya mətbuatında böyük əks-səda doğurub.

Mənbə: hurriyyət.tr

Aynur Camal