Xalq artisti, komediya janrındakı rollarına görə həm teatrda, həm də kinoda uğur qazanmış aktyor Arif Quliyevin 70 yaşı tamam olur.
“Təbriklərə görə çox sağ olun, Allah hamıya can sağlığı versin. Ad günümü təmtəraqlı keçirməyəcəm, koronavirusdan gizlənirəm hələ, məni tapa bilmir. Ad günümü də evdə keçirəcəyəm. Qanun-qayda hamı üçün eynidir, evdə qalmaq lazımdır. Dost-tanış, qohumlar bilmirəm gələr ya yox, karantindir axı. Bilmirəm, istəsələr gələrlər. Heç kəsin borcu deyil ki, karantində bizə gəlsin. Heç kəsdən buna görə incimək olmaz. Qətiyyən heç kimdən buna görə incimərəm. Koronavirus bitsin, bəlkə, 70 illiyimə görə balaca bir yığıncaq edərəm. Çünki heç vaxt təmtəraqlı ad günü keçirməyi sevməmişəm. Elə şeylərə o qədər də marağım yoxdur”.(Yenisabah.az)