72 ildən sonra ilk kral statusulu çıxışını etdibackend

III Çarlz 72 ildən sonra ölkədəki ilk Kral çıxışı edib. O hökumətinin Yaxın Şərqdə sülh və sabitliyi dəstəkləyəcəyini vurğulayıb.

“Yeni Gundem” xəbər verir ki, İngiltərə kralı III Çarlz yeni qanunvericilik ilinin açılış mərasimi çərçivəsində Lordlar Palatasında Baş nazir Rişi Sunak tərəfindən hazırlanmış hökumət proqramını oxuyub.

Çıxışına anası Kraliça Elizabetin xatirəsini yad etməklə başlayan Kral III Çarlz deyib: “Mən 70 ildən artıq müddətdə ilk Kral nitqini edirəm, əziz anamın, mərhum kraliçanın bu ölkəyə qoyduğu xidmət və sədaqət irsini bilirəm” deyib. Və anası Kraliça Elizabetin xatirəsini yad edib.

“Hökumətim hər baxımdan gələcək nəsillərin maraqlarına uyğun uzunmüddətli qərarlar qəbul etməyə çalışacaq. Bu uzunmüddətli qərarları qəbul etməklə mənim hökumətim bu ölkəni dəyişəcək və daha yaxşı gələcək quracaq. Nazirlərimin diqqəti iqtisadi artımın artırılmasına yönələcək. Hökumətim inflyasiyanın azaldılması, ailələrin yaşayış xərclərinin yüngülləşdirilməsi və bizneslərə yeni iş yerlərinin və investisiyaların maliyyələşdirilməsində köməklik göstərməyə davam edəcək” deyib.

Həmçinin Kral Çarlz vurğulamışdır ki, Britaniya hökuməti Ukraynanı dəstəkləmək, NATO-nu gücləndirmək, ən aktual təhlükəsizlik çağırışlarının həlli yollarını tapmaq, Qəzzaya humanitar yardımı asanlaşdırmaq və Yaxın Şərqdə sülh və sabitliyi təşviq etmək üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edəcək.

Çıxışından sonra Çarlz İcmalar Palatası və Lordlar Palatasından ibarət Britaniya parlamentinin yerləşdiyi Vestminster sarayını tərk edib.

Kral Çarlzın keçidi zamanı Parlament Meydanı yaxınlığındakı bir qrup “Mənim Kralım Deyil” yazılmış pankart daşıyıb və şüarlar səsləndiriblər.

Qeyd edək ki, İngiltərədəki son Kral nitqini Çarlzın babası VI George 1951-ci ildə edib.

Xəbər mənbəyi: İhlas Xəbər Agentliyi (İHA)

Aynur Camal