75 jurnalist öldürüldübackend

Fələstin Jurnalistlər Birliyi son iki ayda öldürülən, yaralanan, həbs olunan və evlərini itirən jurnalistlərlə bağlı hesabat yayıb.

Bəyanatda Qəzzada jurnalistlərin ciddi təhlükə ilə üzləşdiyi, hücumların başladığı gündən bu yana 75 jurnalistin öldürüldüyü, 80 jurnalistin yaralandığı bildirilib.

Hesabatda hücumlarda ailəsini və yaxınlarını itirmiş jurnalistlərin çalışdıqları media mərkəzlərinin dağıdıldığı, 60 jurnalist ailəsinin evinin bombalandığı, 63 mətbuat qurumu və ofisinin dağıdıldığı bildirilib.

Hesabatda biri işğal altındakı İordan çayının qərb sahilində və 24-ü Qəzza zolağında olmaqla 25 yerli radio stansiyasının işində fasilələr yarandığı, işğalçıların bu prosesdə İordan çayının qərb sahilində 41, Qəzzada isə 2 olmaqla 3 media orqanını bağladığı bildirilib. O cümlədən 43 jurnalisti saxladıqları bildirilib.

Mənbə: İLKHA

Aynur Camal