Gürcüstanda “Kadırovçular” korteji mayın 22-dən iyunun 3-dək yol hərəkəti qaydalarını pozduğuna görə 40 cərimə alıb.
“Yeni Gundem” xəbər verir ki,bu barədə “News of Georgia” məlumat yayıb.
Qeyd olunur ki, bir avtomobilə görə yol hərəkəti qaydalarının pozulmasına görə 13 video cərimə qeydə alınıb.
Beş avtomobilə görə cərimələrin ümumi məbləği 7450 lari (3 min dollara qədər) təşkil edir. Beş avtomobilin nömrələri – A777AC77, C777CE77, A777AK77, O777OC77, B800EC797 nişanları ilə olub.
Onların əksəriyyəti sürət həddini aşdıqları üçün cərimələniblər.
Sənədlərə əsasən, pozuntuların baş verdiyi tarixə əsasən, avtomobillər mayın 22-dən iyunun 3-dək Gürcüstanda olub.
Hazırda Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti kimin kortejinin Gürcüstanda olması və bu avtomobillərdə kimin getməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirməyib.
Sosial şəbəkələrdə “kadırovçuların” Gürcüstana səfərindən danışırlar. Xüsusilə də eyni nömrəli avtomobili iş adamı Aslambek Axmetxanovun İnstaqram səhifəsində görmək olar.