8 həftə ərzində ürək sağlamlığını necə yaxşılaşdırmaq olar?backend

Veganizm yalnız 8 həftə ərzində ürək sağlamlığını yaxşılaşdıra bilər.”Ət yeyən insanlar belə cəmi iki ay ərzində eksperimental vegan pəhrizi ilə insulin səviyyəsinin aşağı düşməsinə, çəki itkisi və ürək xəstəliyi və insultu sabit saxlamağa nail ola bilərlər”.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, bunu JAMA Network Open jurnalında dərc olunan Stanford Universiteti işçilərinin araşdırması göstərib.

Tədqiqatçılar genetik, valideynlik və həyat tərzi fərqlərinə nəzarət etmək üçün 22 cüt sağlam eyni əkizlərin sağlamlıq nəticələrinə baxıblar və iştirakçıları iki qrupa ayırıblar. Hər ikisi tərəvəz, paxlalılar, meyvələr, tam taxıllar, qoz-fındıq və toxumlardan ibarət sağlam pəhrizlə qidalanırdılar. Yeganə fərq, hər bir cütdən olan əkizlərdən birinin ət istehlak etməsi, digərinin isə ciddi şəkildə bitki əsaslı pəhriz olması idi.

Tədqiqatın ilk dörd həftəsi ərzində hər iki qrupa səhər, nahar və şam yeməyi üçün xüsusi hazırlanmış yeməklər verilmiş və onlara hansı qəlyanaltılar yeyə biləcəyinə dair ciddi göstərişlər verilmişdir. Təcrübənin eyni vaxtda davam edən ikinci hissəsində iştirakçılar alış-veriş edərək və öz yeməklərini hazırlayaraq pəhrizə davam etməli olublar.

 Hər iki qrup ürək-damar sağlamlığını yaxşılaşdırsa da, bitki əsaslı pəhrizdən sonra ən böyük irəliləyişlər əkizlərdə görüldü. Onların insulin səviyyəsi nəinki 20% azalıb, həm də aşağı sıxlıqlı lipoprotein (LDL-C) səviyyələri də azalıb.

Bu zülal yağ molekullarını, xüsusən də xolesterini bütün bədənə nəql edir və bu da ürək-damar xəstəlikləri riskini artırır.

Optimal LDL xolesterol səviyyəsi 100 mq/dL-dən azdır. Təcrübədən əvvəl orta səviyyə omnivorlarda 118,5 mq/dL olub, sonra isə 116,1-ə düşüb. Vegan qrupunda bu rəqəm 110,7-dən 95,5 mq/dL-ə yüksəlib.

Müəlliflər izah edirlər ki, tədqiqat kalori qəbulunu idarə etmək üçün nəzərdə tutulmayıb, buna görə də LDL xolesterinin azalması vegan pəhrizinə riayət edənlər arasında kilo itkisi ilə əlaqəli ola bilər.

Mənbə: mail.ru

Aynur Camal