80-ə yaxın meşə yanmaqdadırbackend

Avstraliyanın Kvinslend ştatı hələ nəzarət altına alınmayan 80-ə yaxın meşə yanğını ilə mübarizə aparır.

“Yeni Gundem” xəbər verir ki, vəziyyətin daha da pisləşməsinin gözlənildiyi bildirilib.

ABC News-un məlumatına görə, yanğınsöndürmə rəsmiləri bölgədəki qruplara dəstək olmaq üçün digər ştatlardan kömək istədiklərini açıqlayıblar.

Açıqlamada, əyalət üzrə təxminən 80 meşə yanğınının hələ də nəzarət altına alınmadığı ifadə edilib və xüsusilə əyalətin Tara bölgəsində vəziyyətin daha da pisləşə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Digər tərəfdən, səlahiyyətlilər bölgədəki bəzi meşə yanğınlarının qəsdən başlanmış ola biləcəyi ehtimalını qiymətləndirir.

Son 10 gündə Kvinslend ştatında 700-dən çox meşə yanğını baş verib.

Avstraliyanın Kvinslend və Yeni Cənubi Uels (NSW) ştatlarında baş verən meşə yanğınlarında 2 nəfər həyatını itirib, təxminən 11 min hektar ərazi məhv olub. Kvinslend ştatında yanğınlardan zərər çəkmiş ərazilərdən 350 nəfər təxliyə edilib.

Mənbə: TrtHaber

Aynur Camal