80 ölkə üçün viza məhdudiyyətlərini aradan qalxdıbackend

Cənubi Afrika ölkəsi olan Malavi turizm və ticarəti gücləndirmək üçün 79 ölkə ilə vizaları ləğv edib. Yeni nəşr olunan viza və immiqrasiya qaydalarına əsasən, Malavi hökuməti Rusiya, Çin, İngiltərə və Fransa da daxil olmaqla 79 ölkəyə viza liberallaşdırılmasını tətbiq edib.

Viza rejiminin liberallaşdırılmasının tətbiq olunduğu ölkələr arasında Malaviyə qonşu ölkələr, Qambiya və Syerra Leone kimi Afrika ölkələri də var.

Malavi Turizm Naziri Vera Kamtukule, turizm və ticarəti dəstəkləməyi hədəfləyən qərarla Malavinin bütün dünyaya biznes və investisiya imkanlarına açıq bir ölkə olduğu mesajını verdiyini ifadə edib.

Son illərdə qitədə Seyşel adaları, Qambiya, Benin, Ruanda və Keniya kimi ölkələr afrikalılar və ya bütün ölkələr üçün vizaları ləğv etmək qərarına gəliblər.

Mənbə: EnSonHaber

Aynur Camal