85 planet kəşf edildibackend

NASA-nın peyk məlumatlarını təhlil edən Uorvik Universitetinin alimləri insan həyatını dəstəkləyə biləcək 85 yeni planet kəşf ediblər.

Alimlər NASA-nın Transiting Exoplanet Survey Satellite (TESS) peykindən əldə edilən məlumatları təhlil edərək, həyatı təmin edə biləcək temperaturlara malik 85 planet aşkar ediblər. Planetlər ölçülərinə görə Yupiter, Saturn və Neptuna çox yaxındırlar.

Tədqiqatlar çərçivəsində tədqiqatçılar enerji mənbəyi olan ulduzun ətrafında fırlanan daha soyuq planetlərə diqqət yetiriblər.

85 namizəd planetin öz ulduzu ətrafında dövrə vurması 20 ilə 700 gün çəkir.

Bundan əvvəl TESS tərəfindən müşahidə edilən əksər ekzoplanetlər orbital dövrləri 3 ilə 10 gün arasında idi.

Tədqiqatçılar deyirlər ki, bəzi planetlər öz ulduzlarından həyatı təmin etmək üçün lazımi temperaturu təmin etmək üçün kifayət qədər uzaqdırlar. Buna “yaşayış zonası” deyilir. 85 potensial ekzoplanetdən 60-ı yeni kəşf edilib, 25-i isə TESS məlumatları sayəsində müstəqil tədqiqat qrupları tərəfindən müxtəlif texnikalardan istifadə edərək aşkar edilib.

Baş tədqiqatçı professor Daniel Bayliss həyat üçün uyğun temperaturların tapılması ilə bağlı deyib ki: “İnsan həyatı üçün əlverişli temperaturlara sahib ola biləcək yeni kəşf etdiyimiz planetlər kimi nisbətən soyuq planetləri tapmaq çox həyəcanlıdır”.

Mənbə: TGRT

Aynur Camal