90 nəfərin böyrəyini satan dəstənin 3 üzvü tutuldubackend

Pakistanın Lahor şəhərində polis 90 nəfərin böyrəyini satan dəstənin 3 üzvünü yaxalayıb.

 Bildirilib ki, dəstə tərəfindən qaçırılan şəxslərin böyrəkləri fərdi fermada çıxarılıb.

Pakistanın Pəncab əyalətinin Lahor şəhərində polis 90 nəfərin böyrəyini satan dəstəyə qarşı əməliyyat keçirib. Nəhəng əməliyyatdan sonra dəstənin 3 üzvü yaxalanıb.

Milli mətbuatda yer alan xəbərə görə, Lahor polis rəisinin müavini Səddar Sidra Xan mətbuata verdiyi açıqlamada kəndlərdə yaşayan yoxsulları iş verəcəyi vədi ilə aldadaraq böyrəklərini satan 3 dəstə üzvünün tutulduğunu açıqlayıb.

Dəstə üzvlərinin əvvəlcə kəndliləri işləmək vədi ilə İslamabada gətirdiyini bildirən Xan, “Burada kəndlilər məcburi tibbi müayinədən keçirilir və xaricdə işləmək üçün xüsusi fermada böyrəkləri çıxarılır” deyib.

Dəstənin böyrəyini 2,5-5 milyon rupi (256 min-513 min lirə) civarında zəngin insanlara satdığını bildirən Han, qurbanların iqtisadi cəhətdən imkansız qruplar olduğuna diqqət çəkib. Han indiyə qədər 90 nəfərin böyrəyinin satıldığını müəyyən etdiklərini və əməliyyatı edən həkimlərin də çağırıldığını bildirib. Lahorda 328 nəfərin böyrəyini satan dəstə üzvləri oktyabrın 3-də yaxalanıb.

Mənbə: TGRT

Aynur Camal