“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə inzibati protokol yazılıb.
“Yeni Gundem”-in xəbərinə görə, protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun icraatındadır. Baxış iclası mayın 20-də keçiriləcək.