AB bizə qarşı sanksiya tələb etdibackend

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Azərbaycana qarşı sanksiya tələb edib. Belə ki, Azərbaycanla Qarabağla bağlı danışıqlara son qoyulması istənilib.

“Münasibətlərin dərinləşməsi şərti olmalıdır” ifadəsi işlədildiyi halda, Bakıya qarşı sanksiya tədbirlərinin gündəmə gətirilməsi çağırışı edilib.

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi və ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə dair illik hesabatı qəbul edib.

Ermənistanı müdafiə etdiyi görünən hesabatda Azərbaycanın öz ərazisi olan Dağlıq Qarabağla bağlı siyasəti pislənib. Onlar Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb ediblər.

Hesabatda Azərbaycanın Qarabağı geri almaq cəhdinin “səmərəsiz qala bilməyəcəyi” və Azərbaycan rəsmilərinin “atəşkəsi dəfələrlə pozduğu” iddia edilib.

İddia olunur ki, Bakı ilə enerji sahəsində anlaşma memorandumu dayandırılmalı, “Azərbaycanla yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqlar dayandırılmalıdır” deyilib.

Bundan əlavə, “Aİ-nin Azərbaycanla münasibətlərinin dərinləşməsi şərti xarakter daşımalıdır” deyib. Tezislər aşağıdakı kimi irəli sürülüb:

  •  Sözügedən hesabatda regionda “təhlükəsizliyin artırılmasına” töhfə vermək məqsədi daşıyan Avropa İttifaqının Ermənistanda mülki missiyasının yaradılması yüksək qiymətləndirilib.
  •  Avropa Şurasına missiyaya daxil olan ekspertlərin sayını, onun imkanlarını və coğrafi miqyasını artırmağa çağırılıb.
  •  Digər tərəfdən, Azərbaycandan eyni missiyanın öz ərazisində və Dağlıq Qarabağda yerləşdirilməsinə icazə verilməsi xahiş olunub.
  •  Aİ-nin Ermənistanın təhlükəsizliyinin, müstəqilliyinin və suverenliyinin müdafiəsinə verdiyi dəstək vurğulanarkən, tərəflər arasında müdafiə sahəsində daha əhatəli və genişləndirilmiş əməkdaşlığın təşviq edilməsinin vacibliyi qeyd edilib.

Mənbə: EnSonHaber

Aynur Camal