AB-dən Apple-a böyük cəriməbackend

Avropa İttifaqı Komissiyası texnologiya nəhəngi Apple-ı musiqi yayımları ilə bağlı rəqabət qaydalarını pozduğuna görə 1,8 milyard avro (61,2 milyard TL) cərimələyib. Bu məbləğ Aİ Komissiyasının indiyədək tətbiq etdiyi üçüncü ən yüksək antiinhisar cəzası olmaqla yanaşı, həm də Apple üçün bir ilkdir.

AB Komissiyasının rəqabətə cavabdeh üzvü Margrethe Vestager bildirib ki, texnologiya nəhəngi “Apple ekosistemindən kənarda daha ucuz alternativ musiqi xidmətləri haqqında istehlakçıları məlumatlandırmaq üçün tərtibatçıları məhdudlaşdırmaqla Aİ-nin antiinhisar qaydalarını pozub”. Cəza üçün əsas olan təhqiqat 2019-cu ildə musiqi axını tətbiqi Spotify-dən Apple-ı rəqabətə zidd davranışda ittiham edən şikayətlə açılıb.

Apple, Aİ Komissiyasının qərarına etiraz edəcəyini açıqlayıb. Bu, illər çəkə biləcək məhkəmə prosesi deməkdir. Apple iddia edir ki, Komissiya bu qərarı istehlakçıların zərərinə dair etibarlı sübutlar təqdim etmədən qəbul edib və inkişaf edən, rəqabətli, sürətlə böyüyən bazarın reallıqlarına məhəl qoymayıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal