Avropada müsəlmanlara qarşı daha bir addım atıldı.
Avropa İttifaqının ən yüksək məhkəməsi üzv ölkələrin dövlət idarələrində hicab taxmağı qadağan etmək üçün yaşıl işıq yandırıb.
Aİ-nin ali məhkəməsi qərarın “qərəzsizlik naminə” qəbul edildiyini iddia edir.
Ədalət Məhkəməsi qərar verib ki, üzv ölkələrin dövlət idarələri işçilərə iş yerində hicab kimi dini inancları simvolizə edən əşyalar taxmağı qadağan edə bilər.
AB-nin yüksək məhkəməsinin verdiyi yazılı açıqlamaya görə, Belçikanın Liege şəhərindəki Ans Bələdiyyəsi iş şərtlərini dəyişdirərək işçilərinə “qərəzsizlik naminə ideoloji və ya dini mənsubiyyətini açıq şəkildə göstərən işarələr daşımağı” qadağan edib.
Hicablı işçi də dini etiqad azadlığının pozulduğunu və ayrı-seçkiliyə məruz qaldığını əsas gətirərək Lyej əmək məhkəməsinə müraciət edib.
Məhkəmə bələdiyyənin fəaliyyətinin Aİ qanunlarına zidd olub-olmamasına qərar verə bilmədikdən sonra iş Aİ Ədalət Məhkəməsinə verilib.
Ədalət Məhkəməsi qərar verib ki, “dövlət administrasiyasının öz daxilində tam neytral inzibati mühit yaratmaq üçün işçilərinə tətbiq etdiyi sərt neytrallıq siyasəti qanuni məqsədlə obyektiv əsaslandırıla bilər”.
Qərarda hər bir üzv dövlətin və onun tabeliyində olan administrasiyaların iş yerlərində təşviq etmək məqsədi daşıyan dövlət xidmətinin qərəzsizliyini dizayn etmək səlahiyyətinə malik olduğu ifadə edildi və deyilir: Lakin bu məqsədə ardıcıl və sistemli şəkildə nail olmaq lazımdır. Məqsədə çatmaq üçün qəbul edilən tədbirlər ciddi şəkildə “zəruri” olanlarla məhdudlaşmalıdır. Bu tələblərə əməl olunmasını yoxlamaq yerli məhkəmələrin vəzifəsidir.
Xatırladaq ki, Aİ-nin ali məhkəməsi 2021-ci il iyulun 15-də qərar vermişdi ki, şirkətlər müəyyən şərtlərlə işçilərinə hicab taxmağı qadağan edə bilər.
Sözügedən qərar eyni məhkəmənin bir çox əvvəlki qərarlarının təkrarıdır.
2021-ci ildə özəl sektorun işəgötürənlərinin dini, siyasi və ya fəlsəfi inanclarının ifadəsini məhdudlaşdıra biləcəyi qərara alınıb.
Bir il sonra belə qadağaların bütün işçilərə bərabər tətbiq olunduğu müddətcə “birbaşa ayrı-seçkilik” təşkil etməyəcəyi açıqlandı.
“The Guardian” yazır ki, 2021-ci il qərarını tənqid edənlər arasında Human Rights Watch təşkilatı da var. “Müsəlman qadınları imanları ilə işləri arasında seçim etməyə məcbur edilməməlidir”, – deyə bəyanatda bildirmişdi.
Mənbə: EnSonHaber
Aynur Camal